Yuxarı

İrəvan KTMT-dən Qarabağ öhdəliyi tələb edəndə…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər də uzaq olmayan gələcəkdə biz hərb yolu ilə işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hərb yolunu xüsusi vurğulayıram, ona görə ki, bu seçkilərin nəticəsindən, kimin İrəvanda hakimiyyətdə olmasından asılı olmayaraq, əminəm ki, torpaqlar diplomatik yolla, danışıqlar yolu ilə yox, məhz Azərbaycan Ordusunun gücü hesabına azad olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonrakı gözləntilər barədə danışarkən bildirib.

E.Namazovun sözlərinə görə, torpaqlarımız ordumuzun hesabına azad olunacaq. Bunu rəsmiləşdirmək üçün isə diplomatlar oturub bir sənəd hazırlayacaqlar, bu məsələyə son nöqtə qoymaq üçün müəyyən sazişlər, müqavilələr olacaq. Ancaq bunlar yalnız Azərbaycan Ordusu öz işini görəndən sonra mümkün olacaq:

“Bir məsələni xüsusi qeyd edək ki, oxucularımız da vəziyyəti düzgün qiymətləndirə bilsin. Biz seçkilərin nəticəsini şərh edəndə buna hansısa yeni imkanlar, yeni ümidlər açan proses kimi baxmırıq. Sadəcə olaraq, düşmən ölkənin içərisində parçalanmalar, qarşıdurmalar gedir, bu proses daha da dərinləşir.

Əslində hücuma keçmək üçün bu cür gedişat əlverişlidir. Adətən düşmən ölkədə qarşıdurmalar, parçalanmalar pik nöqtəsinə yaxınlaşanda hücum üçün həmin zaman seçilir. Azərbaycan seçkilərdən əvvəl ciddi addım atsaydı, onda seçkilər təxirə salına bilərdi. O halda Ermənistanda mərkəzdənqaçma prosesləri dayanardı, bir-birinə düşmən olan qüvvələr birləşə bilərdilər ki, üstümüzə düşmən gəlir, ona görə də daxili çəkişmələrə son qoyaq”.

E.Namazov bildirib ki, Azərbaycan Ermənistanın küçələrində savaşın başlamasını gözləməlidir:

“Hələ qabaqda çox mürəkkəb hadisələr gözlənilir. Ermənistanda bu qarşıdurmanı daha da gücləndirəcək hadisələr baş verəcək. KTMT-nin növbəti iclası keçiriləndə Paşinyan təşkilatın Ermənistan qarşısındakı öhdəlikləri - əsasən də Qarabağla bağlı - məsələsini müzakirəyə çıxarılmasını istəyəcək. O zaman cavab birmənalı olacaq. Heç bir ölkə Azərbaycanla münasibətləri korlamaq istəməyəcək. Keçən dəfə dediyim kimi, mən əminəm ki, Paşinyan Ermənistanın daxilində bu mövzunu öz adından deyil, KTMT-nin adından dövriyyəyə buraxacaq. Deyəcək ki, baxın, torpaqların azad olunması ilə bağlı həm ABŞ-ın, həm Rusiyanın, həm də KTMT-nin mövqeyi eynidir. Ermənistanın daxilində çox böyük qarşıdurmalar, böhranlar başlayacaq”.

Namazov bildirib ki, indi İrəvanda başlayan hadisələrə Rusiyanın münasibəti Ukraynadakı ilk “məxməri inqilab”a münasibət kimidir:

“Rusiya bu hakimiyyəti zəiflətməyə və növbəti seçkilərdə öz adamlarını hakimiyyətə gətirməyə çalışacaq. Ancaq istisna deyil ki, burada Ukraynadakı birinci “məxməti inqilab” dövrü yox, ikinci “məxməri inqilab” dövründə olduğu kimi bir siyasət yürüdülsün. Yəni qəflətən Rusiya öz siyasətini daha da sərtləşdirsin və bu hakimiyyətin heç növbəti seçkilərə qədər də qalmasına imkan verməsin. Ona görə də hələlik Moskvada Paşinyan hakimyyətini hansı yolla yıxmaq barədə müzakirələr gedir. Ya növbəti seçkiləri gözləyib bu məsələni həll etmək, ya da heç növbəti seçkiləri gözləmədən, müxtəlif imkanlardan istifadə edib ölkəni qarışdırmaq və bu hakimiyyəti devirmək… Bütün hallarda bu hakimiyyət, hökumətin və parlamentin tərkibi Rusiyanı heç vaxt qane edə bilməz”.

Tarix
2018.12.12 / 10:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla