Yuxarı

Senat Bakıya səfir təyinatını müzakirəyə çıxarır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

Axar.az-ın xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb.

Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Ö.Litzenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litzenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SSRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işlər üzrə baş müşavir vəzifəsində işləyir. Bundasn əvvəl Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.

Tarix
2018.12.13 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla