Qız uşaqlarının ən çox təsirləndiyi şəxslər
analarıdır.
Axar.az anaların qızlarını tərbiyə edərkən fikir verməli olduğu
10 nüansı təqdim edir:
1. İşiniz haqda söhbət edərkən deyinməyin
Ona sevdiyi bir işdə işləməyin önəmini başa salın. Öz işinizi
sevdiyinizi görən qızınız da sevdiyi işdə çalışmağı öyrənəcək.
2. Səsinizin tonunu yüksəltməyin
Ona problemlər qarşısında veriləcək reaksiyanın
qışqırıb-bağırmaq olmadığını göstərin.
3. Pəhriz saxlamayın
Sağlam qidalanmağı həm özünüzün, həm qızınızın həyat tərzi
olaraq müəyyənləşdirin.
4. İstədiyiniz kimi geyinin
Qızınıza özünü xoşbəxt hiss edəcəyi geyimləri alın. Gənc olarkən
modaya uyğunlaşmağı deyil, daxilindən gələn tərzə uyğun geyinməsini
aşılayın.
5. Əylənərkən sosial qayğılarınızı kənara
qoyun
Qızınıza əylənmək necə olur, onu göstərin. Kənardan necə
göründüyünü deyil, özünü necə hiss etməyinin önəmini
vurğulayın.
6. Dostlarınızla tez-tez görüşün
Ona rəfiqələri ilə yaxın münasibətin vacib olması mövzusunda
örnək olun və təbii ki, ən yaxın dostu siz olun.
7. Güclü qadın olun
Özünüzə kifayət edəcək qədər güclü olun. Qızınızın da sizə
əsaslanaraq, güclü olmasını təmin edin. "Güclü" sözünün anlamını öz
duruşunuzla ona aşılayın.
8. Onun həmsöhbəti olun
Qızınızla zaman keçirərkən onunla həmyaşıd kimi söhbət edin.
9. Qanunlar qoymayın
Qanunlar tərtib etmək əvəzinə, qızınızın öz qanunlarını özünün
tərtib etməsi üçün ona yardımçı olun. Həyatını özü qoyduğu
qanunları ilə yaşaması hər şeydən vacibdir.
10. Bütün qızlar analarına bənzəyir
Öz gözəlliyinizin fərqində olun. Çünki siz özünüz haqqında nə
düşünsəniz, qızınız da özü barəsində onu düşünəcək. Güzgüyə
baxdığınız zaman qüsurlarınızı deyil, başınızdakı görünməz şahzadə
tacını görün. Öz gözəlliyiniz haqda hiss etdikləriniz qızınızın
gözəllik anlayışına da təsir edir.