Yuxarı

Deputatlar MDB-nin iclasında iştirak edəcək

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlardan Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlamentin sədri burada keçiriləcək MDB Parlament Assambleyasının Şura iclasına qatılacaq, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

MDB PA-nın 45-ci plenar iclasında təşkilata üzv ölkələrdə təhsilin keyfiyyəti, "İnklüziv təhsil haqqında", "Parlament tədqiqatı haqqında", "Tibbi sığorta haqqında" model qanun layihələrinə baxılacaq, hərbi münaqişələr zamanı tibbi müəssisələrin və tibb işçilərinin müdafiəsi barədə tövsiyələr dinləniləcək. İclasda "İnternetin tənzimlənməsinin əsasları haqqında" yeni redaksiyada model qanun layihəsi və digər məsələlər də müzakirə olunacaq.

Deputatlarımız tədbir çərçivəsində qurumun daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz qeyd və təkliflərini verəcəklər.

Səfər çərçivəsində Milli Məclis sədrinin təşkilatın və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər noyabrın 25-də başa çatacaq.

Tarix
2016.11.22 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla