Yuxarı

Minlərlə ailə bunu gözləyir - Millət vəkilindən çağırış

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qısa zamanda qəbul edilməsinə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin islasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə fevral ayında başlayacaq yaz sessiyasında müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib.

“Çoxlu sayda ailələr bizə müraciət edir, tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməsini xahiş edirlər. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələr layihədən çıxarılıb və müzakirələrə qısa zamanda başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir”, - millət vəkili vurğulayıb.

Q.Paşayeva bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsi öz əksini tapıb ki, bu istiqamətdə problemi olan yüzlərlə ailə bu addımı yüksək qiymətləndirir və parlamentdən bu qanunun qısa zamanda qəbul edilməsini xahişi edirlər.

Tarix
2017.01.18 / 21:46
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla