Yuxarı

Rəşid Mahmudov: "Onların barda nə işi var?"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşid Mahmudov: "Onların barda nə işi var?"

Gənclərin gecə saatlarına qədər barlarda qalması ilk növbədə cəmiyyətdən çox, elmi cəhətdən düzgün deyil.

Bu sözləri ekspert Rəşid Mahmudov 18 yaşına çatmayan şəxslərin gecə klublarında gecə saatlarına qədər qalmaması haqda qanun layihəsinin müzakirəsi ilə bağlı Axar.az-a danışarkən deyib. O, qanunun çox doğru olduğunu bildirib:

"Tibbi sahədə belə bir qanun var ki, gənc oğlanlar 22, qızlar isə 19 yaşına kimi nəzarət altında olmalıdır. Çünki çox gəncdirlər, gedib pis əməllərə - narkotikə, içkiyə qurşana bilərlər. Nə işləri var barda? Gedib faydalı işlərlə məşğul olsunlar, elm öyrənsinlər. Mən bu qərarı çoxdan gözləyirdim və sonuna kimi də dəstəkləyirəm".

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "Gənclər siyasəti haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb. Əlavələrə əsasən, qanuna 5.6 maddəsi əlavə edilir və maddədə göstərilir ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə qadağan edilir. Qeyd olunan yaş kateqoriyasına qədər olan gənclərə şans və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirak da yasaqlanır.

Maddənin digər bəndində göstərilir ki, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirak da qadağandır.

Tarix
2016.11.17 / 23:19
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla