Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Natiq Əliyevin oğlu şikəst oldu – Həkim terroru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərin öz işlərinə laqeyd yanaşması ilə bağlı "Axar.az"a oxucu məktubu gəlib. Şikayətçi Əliyev Natiq Bakı sakinidir. O deyir ki, 7 yaşlı oğlu həkimlərin qeyri-peşəkarlığı ucbatından ağır xəstəlik tapıb.

Natiq Əliyevin yazdığına görə, uşağın əvvəllər heç bir problemi olmayıb:

"Yoldaşım hamilə olduğu zaman keçirdiyi müayinələrdə heç bir xəstəlik aşkar edilməyib. Oğlumun da sağlamlığında heç bir problem və ciddi xəstəlik olmayıb. Nəslimizdə heç kimdə genetik olaraq bu formada xəstəliyə rast gəlinməyib. Oğlum doğulduğu gündən etibarən vaxtlı-vaxtında peyvənd olunub və həkim nəzarətində yoxlamalardan keçib. Bu yoxlamaların heç birində xəstəlik-filan aşkar edilməyib".

Antibiotiklər oğlumu şikəst etdi

N.Əliyev qeyd edir ki, 2011-ci ilin 8 avqust tarixində oğlunu sahə həkiminin yanına aparıblar: "Müayinədən keçdikdən sonra bəlli oldu ki, uşağın soyuqlaması var. 3 saylı şəhər poliklinikasının həkimi Serial Əliyeva oğluma 4 gün ərzində 8 ampula antibiotik vurulmalı olduğunu dedi. Bu antibiotikləri vurmağa başlayandan sonra uşağın vəziyyəti daha da pisləşdi. 12.08.2011-ci il tarixdə Hematologiya və Transfuziologiya İnstitutunda klinik diaqnostika laboratoriyasında oğlumun sümüklüyündən götürülən analiz və qan biokimyəvi müayinə edildikdə, "sümük iliyində nimanpik hüceylərin aşkarı" diaqnozu qoyuldu".

Almaniyada müalicə və 250 min avro

Natiq Əliyev deyir ki, həkimlərin yanlış müalicə seçməsi uşağın dalağının şişməsinə və çıxılmaz vəziyyətə düşməsinə səbəb olub:

"Həkimlər qoyduqları diaqnozdakı xəstəliyi bir daha təsdiqlədikdən sonra bildirdilər ki, bu xəstəliyə milyon insandan birində rastlanır. Uşağın dalağı böyüyüb inək dalağı boyda olub. Həkimlər deyir ki, bunun müalicəsi ancaq Almaniyada var və xərci 250 min avrodur. Antibiotik vurulana qədər oğlumuzda belə bir xəstəlik yox idi. Dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Nə yardım göstərən var, nə də həkim və poliklinika ilə bağlı tədbir görən. Nə edəcəyimizi bilmirik".

Bizim heç bir günahımız yoxdur

Məsələ ilə bağlı 3 saylı şəhər uşaq poliklinkasınının adı çəkilən həkimi ilə də əlaqə saxladıq.

Əliyeva Serial ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu dedi, bildirdi ki, uşağın xəstəliyi şikayətçi ailənin özünün məsuliyyətsizliyindən irəli gəlir:

"Bu uşaqda soyuqdəymə olub. Buna görə də antibiotik vurulmasını məsləhət görmüşəm. Həmin ərəfədə məzuniyyətə çıxmışdım. Məzuniyyətdə olduğum zamanlarda uşağın anası özündən müalicə uydurub. Başqa antibiotiklər vurdurub. Bu fəsadlar da ordan yaranıb".

Serial Əliyeva onu da dedi ki, 7 yaşlı Şəhriyar xaricdə müalicəyə də göndərilib və "Talassemeya" mərkəzində müalicə alıb:

"Dəfələrlə Respublika Talassemeya Mərkəzində olublar. Ordan da deyiblər ki, bizim vurduğumuz antibiotiklərin xəstəliklə heç bir əlaqəsi yoxdur. Ancaq bu ailə hər yerdə bizim adımızı hallandırır".

Tarix
2013.11.07 / 16:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanda qızların sayı azalır

Ölkədə "halal otel"lər yaradılır: məhrəm otaq, islami... - Video

FHN-də təntənə: nazir mükafat verdi, məruzə etdi və… - Foto

Əhalinin 20 milyon borcu var - "Azərsu"

İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı

Bu axşam Bakının iki rayonunda su olmayacaq

Azərbaycan əhalisinin sayı 9,9 milyona çatır

Şaxta baba olmaq istəyənlər bu qədər ödəməlidir

DTX-dan uğurlu əməliyyat: 16 terrorçu məhv edildi

İnterpol bu azərbaycanlını axtarışa verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla