Yuxarı

İş adamları Lotu Quliyə qarşı - Silahlı dəstələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır "vergi"lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat verilmişdi.

Ukraynada işləyən azərbaycanlılardan BakiPost.az-a verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan Lotu Quliyə qarşı tədbir görməyə başlayıb. Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və Lotu Qulinin adamlarının təhdidlərinə adekvat cavab verəcək.

Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, Lotu Qulinin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir. Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.

Biznesmenlərdən əldə olunan məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və xərac davası Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.

Tarix
2016.11.24 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla