Yuxarı

Lənkəranskinin sağ olduğuna dair yeni iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd ay əvvəl Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yenidən xəbərlər yayılıb.

Cebhe.info-nun məlumatına görə, Aynur Zeynalova adlı istifadəçi sosial şəbəkədə yaydığı məlumatda Rövşən Lənkəranskinin sağ olmasına dair iddiaları yenidən səsləndirib.

O qeyd edib ki, Rövşən Lənkəranski məhərrəmliklə bağlı keçirilən 40 mərasimində Lənkəranda, ata ocağında, ailəsinin, yaxınlarının yanında olub. Belə ki, azərbaycanlı avtoritet hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayıb:

"O, hər il məhərrəmlikdə Lənkərana ata ocağına gəlirmiş… Bu il də adəti üzrə vəzifəsini yerinə yetirib".

Aynur Zeynalovanın yazdığına görə, Rövşən Lənkəranskinin sağ olduğunu iddia edən etibarlı şəxslər var ki, onlar adlarının açıqlamasını istəmirlər.

Aynur Zeynalovanın öz şəxsi Feysbuk səhifəsindəki paylaşımını təqdim edirik:

"Hər il olduğu kimi, bu il də adət-ənənəsini pozmayan böyük qardaşım (inciməsin yazıma görə)… Ay məni Rövşənin ölümünə inandıranlar, sizə səslənirəm, çəkinmədən, qorxmadan… Bilirəm ki, kimlər mənim yazdıqlarımı, paylaşdıqlarımı izləyir. Bəs deyirsiniz ki, Rövşən ölüb? Deyirdiz ki, hadisə belə olub, elə olub? Hətta hadisələri calaşdırıb gözümə soxanlar da oldu. Ortada "dəlil-sübut olmasa belə, bəlkə də haqlıdırlar, bəlkə də həqiqətən öldürülüb" öz-özümə deməyə başlamışdım.

Mən onsuz da araşdırmalarımı dayandırmamışdım. Mənə gələn yazıları, zəngləri, sözügedən insan haqda məlumatların hamısını araşdırdım. İndi də sizə belə bir yeni xəbər verirəm. Məhərrəm ayının 40-cı günü hörmətli avtoritet Rövşən Lənkəranski məhz Lənkəranda olub. Öz ata ocağında olub. Nə az, nə çox düz 4 gün orda qalıb. Anası, ailəsi, yaxın qohumları ilə görüşüb. Bunu Lənkərandan söyləyən şəxs heç də yalançı və uşaq-muşaq deyil".

Qeyd edək ki, Aynur Zeynalova Rövşən Lənkəranskinin sağ olmasına dair iddianı bir müddət əvvəl də səsləndirmişdi.

Tarix
2016.11.24 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla