Yuxarı

ABŞ səfirliyi viza qaydasında dəyişiklik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsumunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər.

Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə sualları olmadan viza 5 gün ərzində götürmək üçün hazır ola bilər. Əgər konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa ərizəçi ilə əlaqə saxlanılıb səfirlikdə müsahibə təşkil olunacaq.

ABŞ-n Bakıdakı səfirliyi Müsahibəsiz Güzəştli Viza Proqramı həyata keçirməklə ABŞ vizasını təzələmək istəyən Azərbaycan vətəndaşlarının viza ərizə prosesini daha tez və rahat şəkildə keçirilməsinə çalışır.

Onlayn şəkildə viza ilə bağlı görüşü planlaşdırarkən Müsahibəsiz Güzəştli Viza Proqramında iştirak etmək məqsədi ilə təcrübənizi araşdırmaq üçün sizdən bir sıra suallar soruşacaqlar.

Tarix
2016.11.25 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla