Yuxarı

Bakının brend mağazalarını erməni malları bürüdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.

Bakipost.az xəbər verir ki, "Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən OVS mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.

Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur italyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.

Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı deyib ki, Ermənistan istehsalı olan malların satlılması mümkünsüzdür: "Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.

Mağaza nümayəndəsinə malların üzərindəki "MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib: "Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”.

Qeyd edək ki, OVS-in Bakıda iki mağazası fəaliyyət göstərir: "Park Bulvar”da və "Gənclik Mall”da. "Park Bulvar”dakı mağaza 6 oktyabr 2015-ci ildə açılıb.

OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.

Tarix
2017.03.23 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla