Yuxarı

Terror qurbanı olan nazirimiz İstanbulda anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər naziri, Türk dünyasının dəyərli övladarından biri olan Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın təşəbbüslə çıxış etdiyini və Türk Ocaqları olaraq, bu tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O bildirib ki, gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxından tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.

Erməni terrorunun tarixi, erməni terror təşkilatlarının tarix boyunca türklərə qarşı törətdiyi terror aktları, gerçəkliklərin dünyaya daha da geniş çatdırmamız üçün görülməsi vacib işlərdən danışan araşdırmaçı-yazar Aygün Həsənoğlu Behbud xan Cavanşirlə bərabər, erməni terrorunun hədəfində olmuş digər türk aydınları ilə də bağlı məlumat verib.

Professor Fethi Gədikli Behbud xan Cavanşirin erməni terror təşkilatı Daşnaksütunun üzvü Misak Torlokyan tərəfindən qətlə yetirilməsi, qatilin cəza almaması üçün ingilislərin qurduğu məhkəmənin böyük ədalətsizlikləri, cinayətkarın qaçırılması barədə danışaraq həmin məhkəmə prosesini izləmiş Əhməd Cəmalləddin adlı jurnalistin yazdığı kitabı illər sonra taparaq yenidən nəşr etdiklərini deyib və gerçəkliklərin bütün dünyaya daha geniş yayılmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanın və türk dünyasının dəyərli dövlət adamı və aydını Behbud xan Cavanşiri gənc nəsillərimizin yaxından tanıması önəmlidir və onun 140 illik yubileyi ərəfəsində bütün türk dünyasında bu istqimətdə tədbirlərin artmasına böyük ehtiyac var. Behbud Xan Cavanşirin həyatı ilə bağlı geniş məruzə edən Q.Paşayeva erməni terror təşkilatlarının onu hədəfə alması, qətlə yetirməsi, qatilin ədalət qarşısında cavab vermədən qaçırılmasından danışaraq gənclərimiz bu tarixi yaxşı yadda saxlamalarını istəyib:

”Behbud xan Cavanşiri qətlə yetirənin kimlər tərəfindən müdafiə edilməsi, necə qaçırılması kimi tarixi faktlar qondarma erməni soyqırımı yalanlarının ifşası üçün də ciddi faktlardır. Biz bu məsələni, onunla bağlı həmin dövrdə yazılmış kitabı müxtəlif xarici dillərə çevirib dünyada yaymalıyıq ki, hər kəs görsün kimlər kimlərə qarşı terrorlar, soyqırımlar həyata keçirib. Eyni zamanda bununla bağlı dünya səviyyəsinə çıxara biləcəyimiz bir filmin çəkilməsi də çox vacibdir. Biz öncə böyüyən gənc nəsillərimizə, sonra da bütün dünyaya bu gerçəklikləri daha geniş yaymalıyıq, bu bizim borcumuzdur. Behbud xan Cavanşirin ruhu o zaman sakitlik tapacaq ki, onu qətlə yetirənlər, qətlə yetirəni müdafiə edib cəza almadan qaçıranlar ədalət qarşısında cavab verməsələr də, tarix qarşısında cavab versinlər. Biz buna nail olmalıyıq”.

Tədbirin sonunda Q.Paşayeva gələn il bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuryyətinin 100 illik yubileyinin olacağını deyərək, hər ay cumhuriyyətin qurulmasında böyük işlər görmüş bir böyük aydınla bağlı tədbirlərin keçirilməsini təklif edib. Təklif İstanbul Türk Ocaqları tərəfindən dəstəklənib.

Tarix
2017.03.25 / 13:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla