Yuxarı

AMEA-nın 2 institutuna direktor təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda AMEA-nın 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə tərtib edilən Tədbirlər Planı müzakirə olunub. Akademiyada həyata keçirilməsi zəruri olan bir sıra məsələlər, o cümlədən planın icrası ilə bağlı tapşırıqlar verilib. AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Gündəlikdə görkəmli alim və hərbi xadim, AMEA-nın fəxri üzvü Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı məsələyə baxılıb. Ölkə başçısı İham Əliyevin alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladan akademik Akif Əlizadə bildirib ki, AMEA Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birgə Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Rəyasət Heyəti iclasda Sərəncamın icrası ilə əlaqədar müzakirə aparıb, Tədbirlər Planı qərarla təsdiq edilib.

İclasda AMEA-nın müxbir üzvü Ağası Məlikovun 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması və görkəmli sənətşünas alim, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Zemfira Səfərovanın 80 illiyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi, əsərlərinin nəşrə hazırlanması və s. bağlı qərarlar qəbul olunub.

Digər qərarlarla AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Arxeologiya şöbəsi yaradılıb, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin Əsasnaməsində qismən dəyişiklik edilib. Bundan başqa, AMEA-nın Folklor İnstitutunun “İrs” Folklor ansamblının adı dəyişdirilərək “Qorqud” folklor ansamblı adlandırılıb. AMEA-nın Fəlsəfə, Hüquq və İnsan Haqları institutlarının elmi şuralarının yeni tərkibi təsdiq edilib, Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin Fransaya ezam olunması haqqında qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə Polimer Materialları İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər. Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova Mərkəzi Nəbatat Bağının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova Botanika İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva isə həmin institutun elmi katibi vəzifələrinə təyin olunublar.

Tarix
2017.05.24 / 16:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla