İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Toplum |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.
Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.
Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.
Tarix
2017.06.22 / 18:51
|
Müəllif
Axar.az
|