Yuxarı

Xüsusi təyinatlı universitetlər təhsilimizə nə verə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu adları yalnız xüsusi təyinatlı təhsil müəssisələrinə vermək olar. Çünki adını çəkdiyimiz şəxsiyyətlərin hər biri Azərbaycanın siyasi və dövlət quruculuğu sahəsində müstəsna rol oynayıb.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyevin Heydər Əliyev, Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adına universitet yaradılması təklifini şərh edən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.

O bildirib ki, əgər bir universitetdə yalnız xarici siyasət, dövlət quruculuğu tədris olunacaqsa və bu istiqamət üzrə kadr hazırlığı həyata keçiriləcəksə, buraya Heydər Əliyevin adının verilməsi müsbət hal olardı:

“Amma bizdə belə ixtisaslaşmış universitetlər yoxdur, yəni yalnız adlarında göstərildiyi profil üzrə kadrlar hazırlamırlar”.

Ekspert bildirib ki, hazırda universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini qaldırmaq gündəmdədir:

“Azərbaycanda 1991-ci ilə qədər cəmi 17 ali təhsil müəssisəsi var idi. Bu gün isə 54 ali təhsil müəssisəsi var və bu ali məktəblərdə 165 mindən çox tələbə təhsil alır. Bu, əslində böyük rəqəm deyil. Bu say ümümi Azərbaycan əhalisinin 17%-ni təşkil edir. Bu da dünyada qəbul edilmiş rəqəmlərdən aşağıdır.

Hesab edirəm ki, əvvəlcə təhsilin keyfiyyəti artırılmalıdır, daha sonra xüsusi təyinatlı universitetlər barədə düşünmək olar. Yəni universitetlərimiz əmək bazarının tələbatına uyğun kadrlar hazırlamalıdırlar. Məsələnin kökündə bu durur. Son 10 il ərzində bizim universitetlərimiz heç bir qrant layihədə iştirak etməyib. Belə ali məktəblərin sayını artırmaqdansa, keyfiyyəti atrıtmaq lazımdır”, - deyə o bildirib.

Ekspert son aylarda məhz bu istiqamətdə - universitetlərin publik hüquqi şəxsə çevrilməsi yönündə addımlar atıldığını da xatırladıb.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda universitetlərin sayının digər ölkələrdən 2,5 dəfə az olduğunu bildirib. O həmçinin ölkəmizdə Heydər Əliyev, Əbülfəz Elçibəy və Məmməd Əmin Rəsulzadə adına ixtisaslı universitetlərin yaradılmasının gərəkli olduğunu söyləyib.

Tarix
2017.07.02 / 09:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla