Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Daxili Qoşunların yeni komandanı - Tərcümeyi-hal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər nazirinin müavini, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların komandanı general-mayor Şahin İsgəndər oğlu Məmmədovun tərcümeyi-halı açıqlanıb. Yeni məlumatlara görə, vaxtilə erməni təcavüzkarlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş və yaralanmış Şahin Məmmədovun rəhbərliyi altında bir sıra uğurlar əldə edilib.

"Axar.az"ın xəbərinə görə, Şahin Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş.Məmmədov 1979-1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982-1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986-1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini - qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992-1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini - qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Tarix
2013.11.20 / 12:39
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İçində 100 min olan seyfi oğurlayanlar tutuldu - Foto

Təhlükənin aradan qaldırılması üçün... - Nazir

Şəhidin şəklini paylaşdı, özü şəhid oldu - Foto

KİV rəhbərləri Türkiyədə mühüm görüşlərdə - Foto

Nazir ağac əkdi - Foto

Deputat ərəb mediasını Qarabağa dəstəyə çağırdı

“Azərsell” ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı

Sabah hava necə olacaq?

109 nəfər xilas edilib - Nazir

750 manata “Opel”, 3700-ə “Cip” satılır – Hərrac

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla