Yuxarı

Ermənilər hər gün ərazilərimizə od vurur – İcra başçısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusu son bir ayda Ağdam rayonunun iğal altında olan ərazilərində mütəmadi olaraq yanğınlar törədib.

Report xəbər verir ki, bunu Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri Raqub Məmmədov Ağdam şəhərinin işğalının 24-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə deyib.

"Ermənistan ordusu demək olar ki, hər gün rayonun işğal altında olan ərazilərinə od vurur. Təmas xəttinə yaxın ərazilərə qədər gəlib çıxan alov əkin sahələri üçün ciddi təhlükə yaradır. Erməni tərəfi bunu qəsdən edir ki, cəbhə kəndlərində yaşayan əhali bundan cidd ziyan çəksinlər", - R.Məmmədov bildirib.

Onun sözlərinə görə, yanğınlardan sonra vəhşi heyvanların təmas xəttinə yaxın kəndlərə kütləvi miqrasiyası müşahidə olunur. Alovdan qaçıb canını qurtaran yırtıcı və sürünənlər əhalinin sıx məskunlaşdığı ərazilərə üz tutur.

Tarix
2017.07.23 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla