Yuxarı

Peşə məktəbinə sənəd verənlərin diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd verib yerləşdirilməyənlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.

Onun sözlərinə görə, ixtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək. Hazırda ixtisas seçimi aparılır. Şagirdlərin düşdüyü ixtisas bəlli olduqdan sonra sənədlərini həmin təhsil müəssisələrinə təqdim edəcəklər: "Bunun üçün 1 həftə vaxt veriləcək. 20 yer ayrılan ixtisas üzrə 30 nəfər sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin olacağı da labüddür. Tutaq ki, 20 yüksək göstəricili olanlar seçiləcək, qalanları seçdikləri növbəti ixtisaslara düşəcək. Bu prosesdə kənarda qalanlar yalnız məhdud çərçivədə seçim edənlər ola bilər. Məsələn, "yalnız Nərimanov rayonu ərazisində oxuya bilərəm", - deyirsə, buradakı təhsil müəssisələrindən də 1 və ya 2 ixtisas seçibsə, şagird bu prosesdə yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər və boş qalan yerlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək".

A.Əlili deyib ki, bütün müraciətlər elektron sistem vasitəsi ilə dəyərləndiriləcək və yerləşdirilmə aparılacaq.

Onun sözlərinə görə, hazırda attestat balı əsasında "ASAN xidmət" mərkəzlərində ixtisas seçimi aparılır. Hər namizədə 10 ixtisas seçməyə imkan verilib:

"İxtisaslar üzrə attestat göstəricisi uyğun olanlar həmin yerləri tutacaq. Onları sistem özü yerləşdirəcək. Tutaq ki, aşpaz ixtisası üzrə Bakıda bir necə təhsil müəssisəsində peşə hazırlığı həyata keçirilir. Həmin ixtisasın olduğu təhsil müəssisələrinin hamısını seçmək olar. Orta ixtisas balına görə yerləşdirilmə aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar".

Tarix
2017.08.04 / 21:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla