Yuxarı

Nazirlik "Maşın bazarı"nın rəhbərini cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu, Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı “maşın bazarı”nın ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

İnzibati xəta törətdiyinə görə “Üzeyir-2” kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai rayon məhkəməsinə göndərilib.

Tarix
2017.08.17 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla