Yuxarı

İsmayıllıda şəhərlə əlaqə kəsildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda Zərnava kəndi ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi kəsilib.

Kəndin aşağı hissəsindəki otlaq sahəsi və kol-koslu ərazidə torpaq sürüşməsi olub.

Ümumilikdə 15 hektar ərazidə sürüşmə qeydə alınıb. Kənd bələdiyyəsinin sədri Əliqulu Yedigarov bildirib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin, Nəqliyyat Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər və sakinlərlə görüşüblər.

Avtomobil yolunun 300 metrlik hissəsi dağılaraq yararsız hala düşüb. Hazırda kənd sakinləri sürüşmə ərazisindən piyada və at vasitəsilə keçərək hərəkət edirlər.

Kəndə alternativ avtomobil yolunun çəkilişi üçün bu gün başqa bir ərazi seçilib. İyunun 6-da kəndə ağır texnika gətiriləcək və yeni yol çəkiləcək.

Ə.Yedigarovun sözlərinə görə, əvvəllər də kənddə torpaq sürüşməsi qeydə alınıb, sonuncu dəfə güclü leysandan sonra xeyli aktivləşib və böyük ərazini əhatə edib. O qeyd edib ki, sürüşmə zamanı kənddəki 8 ədəd fərdi yaşayış evinin divarlarında çatlar əmələ gəlib.

Qeyd edək ki, sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağışın səbəb olduğu bildirilir. /APA/

Tarix
2014.06.05 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla