Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Avqust 2018


“İsmayıllı məhbusları”ndan prezidentə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin yanvarında İsmayıllıda baş verən hadisələrdə təqsirli bilinərək həbs edilən rayon sakinləri və onların ailələri prezident İlham Əliyevə müraciət edəcəklər. Bu barədə "İsmayıllı məhbusları"nın ailə üzvlərinə istinadla Azvision.az xəbər yayıb.

Bu ilin martın 17-də İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhməkənin qərarı ilə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, digər İsmayıllı məhbusları - Səftər Ağamalıyev 8 il, Vasif İbrahimov 8 il, Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 , Şükran Möhübalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunublar.

Mayın 28-də - müstəqillik günü ilə bağlı son 10 ilin ən böyük əfvi verilsə də, Prezident yanında Əfv Komissiyası üzvləri növbəti əfvin olacağını bildiriblər. Növbəti əfvin Qurtuluş Günü – iyunun 15-də olacağı da istisna edilmir. Əfv Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə isə Axar.az-a açıqlamasında müxtəlif təşkilatların siyahısında olan və adı siyasi məhbus kimi hallandırılan bütün şəxslərin 2014-cü ilin sonuna qədər əfv ediləcəyini vurğulamışdı.

Tarix
2014.06.09 / 09:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Nar” abituriyentləri mükafatlandırdı - Foto

Sürücüdən polisə: Yazma dedim, yekə kişisən - Video

Azərbaycanda yeni fond yaradılır - Nazirlik açıqladı

Fədayənin bacısı ifadə verdi: Mənə dedi ki, başın ağrıyacaq

Quli "sxodka"ya bu geyimdə gəldi - Foto

FHN və DİN 68 yaşlı kişini axtarır

Otellər, Restoranlar və Kafelər Assosiasiyası yaradılır

Dilimizə qarşı qurultay: münsiflər istefa verdi

Azərbaycanlı tələbə İran məhkəməsində - Vəkildən tələb

Türkiyənin ordu generalı Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla