Yuxarı

"Azərsell"dən tələbələr üçün növbəti təqaüd proqramı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədris ilinin başlanması ilə ölkənin lider mobil operatoru “Azərsell Telekom” sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, bu əhəmiyyətli proqramı həyata keçirməklə “Azərsell” şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmağı məqsəd tutur. Belə ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Lakin, "Azərsell"in istedadlı tələbələr üçün təqdim etdiyi üstünlüklər yalnız təqaüdlə bitmir. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.

Bu il Tələbə Təqaüdü Proqramı Bakı və Bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcəkdir. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.

Müraciətlərin son qəbul tarixi - 2017-cı il, 15 oktyabrdır.

“Azərsell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.

Tələbə Təqaüdü proqramı "Azərsell" şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətinin vacib tərkib hissəsi olaraq gələcək nəslin inkişafı və rahat şəkildə təhsil almasında əhəmiyyətli rol oynayır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
2017.09.19 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla