Yuxarı

Gəlinin toy günü başını kəsdilər - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:50

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.

Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Hadisə şahidləri F.Aslanovanın toy günü olduğunu və gözəllik salonuna da gəlin bəzəyi üçün gəldiyini bildiriblər.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

17: 50

Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev Publika.az-a bildirib ki, ilkin ehtimala görə, Fəxriyyə Aslanova keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Onun sözlərinə görə, F.Aslanova həmin salonda usta kimi çalışırmış. Hadisə baş verən vaxtda salonda tək olub.

Hadisəni törədən şəxs onun boğazını ülgüclə kəsib.

Məlumata görə, o, bir müddət öncə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşından ayrılıb.

A.Nağıyev bildirib ki, hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxsin müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2014.06.13 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla