Yuxarı

Bir ucdan təmir edir, bir ucdan dağıdırlar – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolda aparılan təmir ərazidəki yerüstü keçidi və yol nişanlarını zədələyib.

Axar.az xəbər verir ki, artıq bir aydan çoxdur, Nərimanov rayonu Ziya Bünyadov prospektində, üzü “Koroğlu” stansiyası istiqamətində olan, Əhməd Rəcəbli prospekti ilə Əliyar Əliyev küçəsi arasındakı hissədə yolda qazımtı-təmir işləri aparılır. Aparılan işlərlə əlaqədar əraziyə çoxlu sayda traktor və yük maşınları cəlb edilib. Qazıntı aparılan yerdə yanacaqdoldurma məntəqəsi, yerüstü keçid yerləşir və yol kənarında çoxlu sayda avtomobil üçün nəzərdə tutulmuş əhəmiyyətli məlumatverici-göstərici nişanlar var. Ərazidə iş aparılan zaman həm yerüstü keçid, həm də əhəmiyyətli məlumatverici-göstərici nişanlar zədələnib.

Yerüstü keçidin üzəri alkaponla örtülüdür. Qazıntı zamanı traktorun çömçəsi keçidə çırpılıb. Nəticədə keçidin bəzi alkoponları qopub. Bundan başqa yol kənarında olan məlumatverici-göstərici nişan da traktorun və ya yük maşınlarının bir neçə dəfə zərbəsi nəticəsində əyilib. Məlumat lövhəsi oxunmaz hala düşüb.

Maraqlıdır, zədələnmiş körpünün və yol nişanlarının bərpasını hansı qurum aparmalıdır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolda qazıntını hansı qurum aparır və yol nişanlarını da kim zədələyirsə, bərpanı da həmin qurum etməlidir:

“Yerüstü keçidi və məlumatverici-göstərici nişanları hansı qurum zədələyibsə, özləri də bərpa etməlidir və edəcəklər də. “Azəravtoyol” ASC-nin Mühafizə İdarəsi var. Belə problemlər barədə onlara məlumat daxil olur”.

Sözügedən yolda təmir işlərini həyata keçirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Axar.az-a açıqlamasında bildirib ki, qazıntı və aparılan iş zamanı hansı problem yaranıbsa, özləri də həll edəcəklər:

“Belə qəzalar olur. Traktor yeri qazanda hansısa boruları zədələyə də bilir. Bütün bu problemləri özümüz həll edəcəyik. Yerüstü keçidin sökülən hissəsi də, əyilən yol nişanları da bərpa olunacaq. Yol noyabrın əvvəlində istifadəyə veriləcək”

Xatıqladaq ki, hazırda Ə.Rəcəbli prospektindən sağa dönərək Z.Bünyadov prospektinə çıxan yol “Çermet” körpüsünə kimi və körpünün alt hissəsi bağlıdır. Sözügedən yolda hərəkət intensiv olduğundan ərazidə gün ərzində tez-tez tıxaclar yaranır.

Tarix
2017.10.13 / 13:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla