Yuxarı

Ermənistanda Nizami adında kənd hələ də qalır – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki Ermənistan ərazisində indiyə qədər azərbaycanlıların yaşamış olduğu 702 yaşayış məntəqəsinin adı dəyişdirilib. Onların bir qismi sovet dövründə mərhələ-mərhələ dəyişdirilmişdir. Ermənistan müstəqillik əldə edəndən sonra isə Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi tamamlanıb. “Nizami” kimi indi qeyd edilən kəndin də adı əslində dəyişdirilib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa Ermənistanda adı dəyişdirilməyən yeganə kənd – Nizami haqda sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Tarixçi alim qeyd edib ki, Nizami kəndinin Naxçıvan Muxtar Respublikasının işğal olunan kəndi ilə heç bir aidiyyəti yoxdur və bu barədə yayılan məlumat həqiqəti əks etdirmir:

“Naxçıvanın anklavı olan və 1990-cı ildə Ermənistan tərəfindən işğal edilən Kərki kəndi ilə Nizami kəndini qarışdırmaq olmaz. Kərki kəndi Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir, Nizami kəndi isə Zəngibasara aiddir. Bu yaşayış məntəqəsinin adı 1978-ci il yanvarın 25-nə qədər Yuxarı Necili olub. Burada eyni zamanda Aşağı Necili kəndi də olub ki, 1978-ci ildə onun adı “Sayatnova”ya, Yuxarı Necili kəndinin adı isə “Nizami”yə çevrilib. İndiyə qədər Nizami kəndinin adının qalmasına səbəb isə mənfur ermənilərin Nizamini fars şairi kimi “tanımalarıdır”. Yəni “Nizami” adlandırılan kənd əslində Yuxarı Necili kəndidir və ermənilər bu adı hələ o vaxt dəyişdirmişdilər. Ümumiyyətlə, Qərbi Azərbaycanda bütün toponimlərimizi ermənilər saxtalaşdırıblar”.

Tarix
2017.10.13 / 15:46
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla