Yuxarı

Könül Kərimovaya qanunsuz torpaq verilib – Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirib.

Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov Report-a bildirib ki, bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: "Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq bəndinə uyğun olaraq həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Hazırki qanunvericiliyə əsasən, bələdiyyələr ilk növbədə torpaqlara dair öz hüquqlarını tanımalıdır. Daha sonra hərrac vasitəsilə vətəndaşlar üçün alqı-satqı edilməlidir. Çünki qanun bunu tələb edir".

Komitə rəsmisi əlavə edib ki, ƏMDK tərəfindən Könül Kərimovaya cavab məktubu yazılaraq qanunvericilik və bələdiyyənin ona qeyri-qanuni torpaq sahəsi ayırması izah edilib.

Qeyd edək ki, tanınmış müğənni Könül Kərimova Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib. Müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Könül Kərimova məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: "Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur".

Tarix
2017.10.19 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla