Yuxarı

3300 dollara uşaq doğan robot: artıq qadın lazım deyil?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər ki, insanlar belə təfəkkür tərzi ilə yaşayacaq, robot qadının olması və ya onun dünyaya uşaq gətirməyi da normaldır.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu Barselonada yaşayan ixtiraçı Serj Santosun dünyaya uşaq gətirə biləcək robotların yaradılması layihəsinə münasibət bildirərkən söyləyib. O bildirib ki, bu məsələ bir növ fəlsəfi cərəyanların fikir mübadiləsidir:

“Modernizm tərəfdarları deyirlər ki, hər şeyə ehtiyac var. Müasir nə varsa, insan onu etməlidir. Ümumiyyətlə, hər bir sahə insanların ehtiyaclarına uyğun inkişaf etməlidir. İndiki dövrdə dünyanın gedişatı budur. Yəni bütün bunlar modernizasiya əlamətləridir. Bir insan müasir görünmək istəyirsə, mümkün qədər müasir telefonları, avtomobilləri, avadanlıqları əldə etməyə çalışır. Əgər insanlararası münasibətlər gərginləşirsə, cəmiyyətdə intihar, stress varsa, müharibə səngimirsə, onda nə ehtiyac var ki, texnologiya bu qədər irəliyə getsin?

Ayfon-5, Ayfon-6 işimizi gördüyü halda 7 və 8-ci nəsilə və ya nanotexnologiya sahəsində yeniliklərə ehtiyac vardımı?

Əgər biz texnologiyanın yox, insanlararası münasibətlərin inkişafını istəyiriksə, o zaman bu problem aktuallaşacaq. Bu gün dünyada hər 3 qadından biri zorakılığa məruz qalır, dünyada xeyli sayda uşaq döyülür, onlara işgəncə verilir, qaçqın problemi yaranır və s. İnsanlar bu problemin qarşısını ala bilmirlər. Dünya texnoloji baxımdan inkişaf edir, amma mənəvi və mədəni keyfiyyətlər baxımından geriləyir.

Əgər həqiqətən həmin ixtiraçının hazırladığı robot qadın layihəsi baş tutarsa və uğurlu alınarsa, deməli, bu gün dünyada anaya, qadına ehtiyac yoxdur. Bunu robotlar da əvəz edə bilər, eyni hiss və duyğuları ondan almaq olar. Yalnız bu məsələ reallaşarsa, gələcəkdə müəyyən sosioloji problemlər ortaya çıxa bilər.

Fikrimcə, bu məsələni sırf texnologiya və insan münasibətləri zəminində araşdırmaq lazımdır. Təsəvvür edin ki, robotlar həyat yoldaşımızdır. Onda belə çıxır ki, biz digər əşyalarımız kimi 5-6 aydan bir robotumuzu təzələməliyik?”

Sözügedən məsələ barədə Axar.az-a danışan tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov isə bu layihənin reallığa uyğun olmadığını deyib:

“Robot dünyaya uşaq gətirə bilərmi? Dəmirdən necə uşaq yaransın? Nə danışırsınız. Allah insanlara 50 milyard neyron verib. Fikirləşin görək bu necə mümkün ola bilər? Yaradan hər kəsə ağıl verib. Mən sizdən soruşuram ki, belə bir şeyin real olmasına inanırsınızmı?!”

Qeyd edək ki, bundan öncə cinsi əlaqə üçün robotlar hazırlayan Serj Santos adlı ixtiraçı gələcəkdə bu robotların uşaq dünyaya gətirə biləcəyini açıqlayıb. O bildirib ki, son hazırladıqları robotlar həqiqi qadınla müqayisə oluna biləcək üstünlüklərə sahibdir. Onun fikrincə, robotların insanların işini görə bilməsi və insanlarlarla evlənməsi qısa zaman sonra mümkün olacaq. Süni intellekt mütəxəssisi qurulucaq bir alqoritmlə insan və daha öncə proqramlaşdırdığı robotdan alınan xarakter xüsusiyyətlərini birlişdirərək üçüncü bir süni intellekt hazırlana biləcəyini və bunun 3D yazıcılarla bir bədənə köçürülməsinin mümkün olduğunu deyib. Robotların duyğusal əlaqələr qurmaq bacarağına sahib olduğunu deyən ixtiraçı son hazırladığı "Samanta" adlı robotun ailə, əyləncə, analiz, yuxu, sakitlik, məntiq, ədəbsiz və seks olmaqla 8 fərqli rejimə sahib olduğunu qeyd edib. Barselonada yaşayan mühəndis robotların orqazm ola bildiyini və 3300 dollara satıldığını bildirib.

Tarix
2017.10.28 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla