Yuxarı

DİN-dən açıqlama: Qocanı öldürən polislər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi KİV vasitələrində “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşının mükafatlandırılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Axar.az-ın sorğusuna cavab olaraq bildirib.

O.Mansurzadənin sözlərinə görə, E.Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsinin qaldırılması və digərinin isə Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı yazılanlar yanlışdır, həqiqətə uyğun deyil:

“Bu məlumatlar kökündən yanlışdır. Dünyanın hər yerində olduğu kimi, cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, əmin-amanlığın və sabitliyin qorunması daxili işlər orqanlarının üzərinə düşən əsas vəzifələrdəndir. Ölkəmizin daxili işlər orqanlarının əməkdaşları da bu kontekstdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”.

Qeyd edək ki, Üçnöqtə.az-ın xəbərinə görə, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılıb, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilib. Əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb.

Tarix
2017.11.16 / 11:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla