Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2018


Xankəndidəki qohumu ilə Tiflis otelində görüşən azərbaycanlı kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bir neçə azərbaycanlı qalıb.

Belə bir iddia ilə İrina Kovalçuk adlı müəllif seqodnya.ua saytında Qarabağa səfərinin nəticələrinə həsr etdiyi məqalədə çıxış edib.

Müəllif iddia edib ki, Qarabağda 60 yaşlı azərbaycanlı qadınla görüşü təşkil olunub:

"Xahiş etdilər ki, adını açıqlamayım. 60 yaşlı qadın Xankəndidə qalıb, müharibənin ilk günlərində onun erməni olan əri ölüb. Qadın özünü erməni hesab edən övladlarına görə burdan getməyib".

Müəllif yazısında iddia edib ki, qadın hərdən azərbaycanlı olduğunu unutduğunu deyib:

"Çoxdan vətənimdə olmamışam. Öz xalqını sevməyən və hörmət etməyən şəxs başqa milləti də sevə bilməz" deyə qadın bildirib.

Müharibədən söhbət düşəndə o, göz yaşlarını saxlaya bilmirdi. Deyirdi ki, o zaman təkcə ona yox, hamıya çətin idi.

"Mən özümüzünküləri başa düşürəm. Amma indi vəziyyət elə gətirib ki, Qarabağın müstəqilliyinə nail olmaq lazımdır. Mənim üçün ən əsas övladlarımdır, Burda onlara görə qalmışam. Qızımın və oğlumun bir saçını bütün millətimə dəyişmərəm" deyə o bildirirdi".

Müəllif bildirib ki, qadın 1980-ci ilə qədər müəllim işləyib: "Onun Bakıda qohumları var. Onlarla 18 illik ayrılıqdan sonra 2 il əvvəl Tbilisidə görüşüb. Qohumlarını internet vasitəsilə tapan qadın ata, anası və qardaşının öldüyünü eşidib. Qohumları ilə Tbilisidə görüşən qadına vətəndən valideynlərinin məzarından bir ovuc torpaq gətirilib. Həmçinin ona verilən, üzərində "Azərbaycan" yazılan xalçanı indi o, xatirə kimi saxlayır".

Tarix
2013.11.23 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Baş nazirdən qərar: Komissiyanın tərkibi...

Enerji fasiləsi metroya təsir etdimi? - Açıqlama

DGK sədri sərhəddəki növbələrin səbəbini açıqladı - Video

Xanım başçı rəis və prokurorla birgə... - Foto

"Azərenerji"dən yaranan fasilə ilə bağlı açıqlama - Yeniləndi

Bu sürücülər 50 manat cərimə ediləcək - Video

Zakir Qaralov Oğuzda vətəndaşları qəbul edəcək

Olimpiya stadionu qırmızı rəngə boyandı

Publika.az-ın əməkdaşı birinci oldu

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla