Yuxarı

Qənirə Paşayeva ADU-da - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Axar.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə tədbirin “Analitik düşüncə” klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.

Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən millət vəkili qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.

Q.Paşayeva dəyirmi masada “Azərbaycanın xarici siyasi əlaqələrinin inkişafında parlamentin rolu” mövzusunda çıxış edərək bəzi məqamlara da aydınlıq gətirib. Torpaqlarımızın işğaldan azad edilməsinin Azərbaycanın həm daxili, həm də xarici siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayan millət vəkili parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilən qərarlar, qarşıda duran məqsədlərdən söz açıb, beynəlxalq təşkilatların bu məsələyə ikili standartlarla yanaşmasından bəhs edib.

Daha sonra millət vəkili tələbələrin sualları əsasında Milli Məclisin təhsil sahəsindəki qərarlarının mahiyyətindən danışıb.

Tarix
2017.12.06 / 17:18
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla