Yuxarı

Daxili Qoşunlar Heydər Əliyevi andı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində səsləndirilib.

Daxili Qoşunların mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Qeyd olunub ki, müstəqil Azərbaycanın zamanın ağır və çətin sınağından çıxarılaraq dünyada tanınan nüfuzlu bir dövlətə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Əbədiyyətə qovuşmasından 14 il ötsə də, Daxili Qoşunların şəxsi heyəti onun əziz xatirəsini hər an qəlbində yaşadır.

Bildirilib ki, məhz dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışından sonra müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı keşikçilərindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib, dövlət quruculuğu prosesində qoşunların düzgün istiqamətdə təşkili, qurulması və formalaşması əhəmiyyətli məsələlərdən biri kimi önə çəkilib. Bununla da Daxili Qoşunlar inkişafın yeni mərhələsinə qədəm qoyaraq ildən-ilə təkmilləşib, müasirləşib, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən peşəkar quruma çevrilib.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Milli Məclisin deputatı Elman Nəsirov “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan xalqının müdrik oğlu, qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtardığını diqqətə çatdırıb. Ümummilli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edən deputat deyib ki, Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri yüz illər keçsə də unudulmayacaq.

Tarix
2017.12.08 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla