Yuxarı

Yan Zahradil Şəhidlər Xiyabanında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil Azərbaycana səfərə gəlib.

Axar.az xəbər verir ki, o, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb. Görüşdən sonra Zahradil BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyevlə birgə Şəhidlər Xiyabanını ziyarət edib.

Milli Məclisin sədri Oktay Əsədov da Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradili qəbul edib. Onun Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 29 ölkədən 33 siyasi partiyanı birləşdirir.

Tarix
2017.12.18 / 17:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla