Yuxarı

Kür çayının səviyyəsi 80 sm azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda sululuq qış dövrünün normasından yuxarıdır. Lakin buna baxmayaraq, Kür çayının Mingəçevir su anbarından keçən aşağı hissələrində suyun səviyyəsi ötən illə müqayisədə 70-80 santimetr azdır.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

“Kür çayının səviyyəsinin azalması qış fəslinə xasdır. Buna səbəb Kür çayına tökülən çaylarda suyun az olmasıdır. Çünki dağlıq ərazilərə yağıntı qar şəklində düşür. Gursululuq dövrü martın sonu aprelin əvvəli başlayacaq. Gursululuğu tədqiq etmək üçün Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə qarölçmə işləri aparılacaq, qarda olan su ehtiyatı müəyyən ediləcək. Nəticədə yaz-yay gursululuq dövrü məlum olacaq”, - deyə A.Verdiyev bildirib.

Baş hidroloq çaylarda suyun səviyyəsinin artıb-azalması ilə əlaqədar lazımi tədbirlərin görüldüyünü də qeyd edib.

Tarix
2018.01.19 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla