Ana səhifə Toplum |
Fərhad Əliyevin Londona getməsi və oğlu ilə orada görüşməsi barədə xəbərlər yalandır. Keçmiş nazir Bakıdadır.
Bu barədə "Axar.az"a F.Əliyevə yaxın şəxslər məlumat veriblər. Bildirilir ki, Fərhad Əliyev Londona getməyi doğrudan da planlaşdırır: "Dekabrın 15-də İngiltərəyə getməyə hazırlaşır. Oğlu Yusif Londonda, Oksford Universitetində təhsil alır, onunla görüşəcək. Ancaq hələlik Bakıdadır".
Mənbənin sözlərinə görə, F.Əliyevin Bakıda olmadığı haqqında məlumat da təsadüfən yayılmayıb. Bildirilir ki, bu, eks-nazirdən açıqlama almaq istəyən media təmsilçilərindən yayınmaq məqsədi ilə edilib: "F.Əliyev daim medianın gündəmində olub, ona görə də kobud şəkildə mətbuatdan yayınmaqla jurnalistləri incitmək istəmir. Görünür, belə bir xəbərin dövriyyəyə buraxılmasında onun mətbuatdan ehtiyatla yayınması istəyi dayanır".
Tarix
2013.11.26 / 11:04
|
Müəllif
Axar.az
|