Yuxarı

Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü? - İlkin versiya/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:26

Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.

Axar.az-ın bölgə müxbirinin məlumatına görə, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.

Keçən il isə Hacıqabulda "Toyota Land Kruzer"in qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat etmişdi.

Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

O, 30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuzda baş vermiş yanğınla bağlı məlumat yayıb

Nazirlikdən verilən məlumata görə, Tovuz rayonunda ümumi sahəsi 320 kv.metr olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 kv.metr sahədə və digər otaqda divan qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Tovuzdakı yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədovun sui-qəsd nəticəsində öldüyü ehtimalı irəli sürülüb.

Axar.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, mərhum Mirzəyevlərin evində insan ölümünə səbəb olan yanğın baş verməyib. Rəsmi məlumatda da göstərildiyi kimi, F.Məmmədovun çarpayısının ətrafı 4 kv/m, F.Mirzəyevanın olduğu divan isə qismən yanıb.

İddiaya görə, evdə “yanğının” məhz ər-arvadın yatdığı çarpayı və divanda baş verməsi təsdiqləyir ki, onlar qətlə yetirilib, daha sonra isə qatillər yanğın törətməklə izi itirmək istəyiblər.

***

Pakizə Mirzəyeva və Fərman Məmmədovun tapılan cəsədlərində əl və ağızlarının skoçla bağlandığı məlum olub.

Həmçinin evdə pul saxlanılan seyfin qırıldığı da üzə çıxıb. Qırılmış seyfdən külli miqdarda pulun oğurlandığı istisna edilmir. Bu isə qətlin tamah məqsədi ilə törədildiyi ehtimalını ortaya çıxarıb.

Qeyd edək ki, Fərman Məmmədovun Tovuzda maye-qaz yanacaqdoldurma məntəqəsi varmış və imkanlı adam hesab olunurmuş.

Tarix
2018.02.24 / 13:58
Müəllif
Nəsimi Tovuzlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla