Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


Uşaq bağçasında rüşvət skandalı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir narazılıq bir neçə qanunsuzluğun üstünü açdı.

"İşə düzəlmək üçün 2 min manat verdim, lakin aldadıldım". Bu sözləri Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Sevinc Seymur qızı Ağazadə deyir. Ölkə başçısına, Heydər Əliyev Fonduna, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Uşaqlar Birliyinə şikayət məktubu ünvanlayan xanım deyir ki, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirib. Bu ilin may ayında Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasına iş üçün müraciət edib: "Bağçanın müdirəsi Məlahət Rəhimova diplomumu İcra Hakimiyyətinə aparandan sonra cavab verəcəyini bildirdi. Üç gündən sonra məni yanına çağıraraq ixtisasımın uyğun olduğunu və Bakı şəhər İcra Hakimiyyətindən də mənim işə qəbulum üçün 3 min manat pul istədiklərini bildirdi".

"Üç ay pulsuz işlədim"

S.Ağazadə istənilən məbləğlə razılaşmayıb. Bir həftədən sonra M.Rəhimova onu yenidən bağçaya çağırıb və tərbiyəçiyə ehtiyac olduğunu deyib: "Məlahət xanım mənim işə qəbul olunduğumu və sentyabrın 5-də əmək kartı alacağımı bildirdi. Məni 3 aya yaxın məcburi iki növbədə işlətdikdən sonra dedi ki, 2 min manat verməlisən. Məcburiyyət qarşısında qalıb 2 min manatı verdim. Bir neçə gündən sonra isə dedi ki, İcra Hakimiyyətindən Eldar müəllim şirinlik istəyir, 100 manat da gətir. Onu da verdim".

Lakin yenə də S.Ağazadənin əmri verilməyib. Əlacsız qalan tərbiyəçi Bakı Şəhər İcra Hakimiyyətinə gedib və orada öyrənib ki, heç sənədləri quruma təqdim olunmayıb: "Sən demə, məni 3 ay aldadaraq işlədib və bu müddətdə bir qəpik də pul verməyib. Buna etiraz etdikdə isə məni təhqir edib qovdu və məvacibimi vermədi. Şərəf adlı başqa bir qadından 2500 manat alaraq mənim yerimə götürdü".

Müxtəlif qurumlara müraciət edən S.Ağazadənin problemləri həll olunmayıb. Verdiyi 2 min manat hissə-hissə qaytarılsa da, işlədiyi ayların məvacibi ödənilməyib.

"Xörək qazanlarını evinə göndərirdi"

Çalışdığı 3 ay müddətində qanunsuzluqlarla rastlaşdığını deyən şikayətçinin sözlərinə görə, bağçada əməlli-başlı alver gedir: "3 ayda çox hadisələrin şahidi oldum. Uşaqlara səhər yeməyi verilmirdi, günorta yalnız sup bişirdilər. Krandan soyuq su içizdirilirdi. Buna etiraz edəndə də Məlahət xanım deyirdi ki, heç nə olmaz, ölməzlər. Xörək qazanlarını evinə göndərirdi. Bağçaya gələn məişət avadanlıqlarını və ərzaqları satışa göndərirdi".

S.Ağazadə onu da deyir ki, bağçaya uşaq qəbulu 50-100 manat arası dəyişir: "Valideynlər şikayət edirdi ki, uşaqlar evə ac gəlirlər. Bəziləri hətta yemək gətirib verirdilər ki, heç olmasa qızdırıb verin uşaq yesin. Ümumiyyətlə, o bağçada mənim kimi aldadılanlar çoxdur. Məndən başqa 3 nəfər də eyni problemi yaşayıb. Şikayət edəndə də yalanlayır, belə bir şey olmadığını deyir. Ona görə də hər şeyi sübutlarla etməyə çalışırıq".

"Böyüyüm icazə vermir"

Baş verənlərə münasibət bildirən Məlahət Rəhimova öncə bağçadan reportaj hazırlamağı məsləhət gördü: "Belə çıxır ki, Sevinc 3 ay bura material toplamağa gəlirmiş. O, burda təcrübə keçirdi, işə qəbul olunmadı. Mənə nə pul verib, nə də bu barədə danışmışıq. Dediklərinin hamısı yalandır. Hər günorta uşaqlara iki növ yemək verilir, qayğısına qalırıq. Mən sizi bağçaya dəvət edirəm, buyurun, gəlin, öz gözünüzlə görün".

Lakin bir qədər sonra M.Rəhimova təkrar arayaraq reportaja icazə verilmədiyini bildirdi: "Böyüklərim mənə icazə vermədi. Ona görə də bağçaya buraxılmayacaqsız. Nə istəyirsizsə, yazın. Mən ancaq böyüklərimin sözünə qulaq asa bilərəm. Onlar icazə verməsə, nə sizi bağçaya buraxa bilərəm, nə də danışa".

"Böyüyünüz kimdir?" sualına bağça müdirinin cavabı belə oldu: Bakı şəhər İcra Hakimiyyəti. Bizə Tamella xanım nəzarət edir. O da icazə vermir. Özü ilə danışaram, əgər razılıq versə, soyadını və telefonunu verərəm, əlaqə saxlayarsız".

Lakin "Tamella xanım" deyilən şəxs buna da razı olmadı. Bakı şəhər İcra Hakimiyyətindən isə bu barədə açıqlama vermək istəmədilər. Problemi bağça rəhbərliyi ilə həll etməyi məsləhət bildilər. M.Rəhimovasa reportajın mümkünsüzlüyünü dedi.

Çəkilişdəkilər həqiqətdirmi?

S.Ağazadə anası İradə xanımla M.Rəhimovanın söhbətinin səsyazısını və bağçadan bir neçə görüntünü "Qafqazinfo"ya təqdim edib. Görüntülərdən birində uşaqlara krandan su içirildiyi aydın görünür. Ancaq bu, elə çəkiliş aparan şəxsin özü tərəfindən edilir.

S.Ağazadə də etiraf edir ki, çəkiliş mətbəxdə çalışan xanımlardan biri tərəfindən aparılıb və həmin xanım da rəhbərliyin tapşırığını necə yerinə yetirdiyini sübut etmək istəyir.

Səsyazmada isə M.Rəhimova təkcə 2 min manat aldığını deyil, test imtahanında az bal toplamış oğlunu ali məktəbə düzəltmək üçün nə qədər pul verməli olduğunu da etiraf edir. Güman ki, əlaqədar orqanlar faktı araşdırıb, həqiqətin üzə çıxmasına yardım edəcəklər ("Qafqazinfo.az").

Tarix
2013.11.27 / 09:24
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Əmək kitabçaları tarixə qovuşur - Video

Sənədsiz evlərin taleyi həll olunur – Milli Məclisdə

Zakir Həsənov yeni məntəqənin açılışında - Foto

Spikerdən Zahid Oruca: Niyə narahatsan?

“Azərsell”in prezidenti tələbələrlə görüşdü

Məhkəmədən Mehman Hüseynovla bağlı – Qərar

Bu adamlar cəmi bir saatdan sonra... - Polis rəisi

ANS-in bir əməkdaşı vardı, o deyib ki… - Millət vəkili

Avtomobilin yanacaq çənindən yanıcı maddə çıxdı

“Baksell” bu universitetlə memorandum imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla