Yuxarı

Əli Həsənovdan mediaya çağırış - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Altun Saray"da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib.

Axar.az xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Aqil Abbas, Adil Əliyev, Hikmət Babaoğlu, Eldar Ibrahimov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı və digər media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, həmçinin nazirlik və komitələrin mətbuat xidməti rəhbərləri, icra başçıları, nazir müavinləri iştirak ediblər.

Tədbir aparıcıları gələn qonaqları salamlayaraq qarşıdan gələn novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra isə KİVDF-nin iş fəaliyyətindən, jurnalistlərin, KİV potensialından, bu istiqamətdə görelmüş və görüləcək genişmiqyaslı işlərdən danışılıb.

Daha sonra söz KİVDF -nin sədri Vüqar Səfərliyə verilib. O bildirib ki, fond jurnalistlərin mənzil məişət səviyyəsinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib:

"Fondumuz KİV nümayəndələrinə diqqət ayırır. İl ərzində 10- yaxın belə müsabiqələr keçirilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb. Bu ilin ilk müsabiqəsi Novruz bayramına həsr edilib və bu gün dəyətələn 65 KiV nümayəndəsin iştirak edib. Ümumilikdə müsabiqəyə 169 yazı verilib. Müsabiqə nəticələrinə görə, 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə isə 300 AZN dəyərində mükafat təyin edilib. Bu gün isə yalnız 1-ci yeri tutan 15 qalibə mükafatlarını təqdim etmək üçün burda yığışmışıq. Arzu edirəm ki, bu il ölkəmizə düşərli olar".

Tədbirdə iştirak edən Əli Həsənov tədbir qonaqlarını təbrik edərək, onları salamlayıb:

"Mən hər zaman qeyd edirəm ki, jurnalistlər bu ölkənin ən güclü nümayəndələridir. Qələm əhlinin arasında olmaq çox gözəldir. Siz ölkə daxilində baş verən hadisələri dünya ölkələrinə işıqlandıran güzgüsüz. Ötən il dövlətin, sosial həyatın, iqtisadiyyatın inkişafına həsr edilmiş çoxsaylı layihələr gerçəkləşdirilib. Cari ildə isə bizi gözəl layihələr gözləyir. Ən mühüm layihə isə 11 aprel seçkilərdir. Artıq seçkiqabagı təbliğat başlayacaq. Bu mövzuda da siz aktiv olmalısınız. Seçkiləri müşahidə edəcək qurumlar öz müşahidələrini sizlərin vasitənizlə seçkinin şəffaflığını bütün dünyaya çatdıracaqlar. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı" 100 illiyimiz təntənəli şəkildə qeyd olunacaq. Jurnalistlərimiz bu istiqamətdə hətta keçiriləcək mühüm və əlamətdar layihələri cəmiyyətə çatdıracaqlar. Bu gün burada iştirak edən jurnalistlərin timsalında bütün jurnalistlərin,təmsil etdikləri KİV orqanları təbrik edirəm. Bu gen respublikamızda jurnalistlərin qorunması, həyat və rifah şəraitinin yacşılaşdırılması, senzuralardan azad olunması ölkədə medianın nə dərəcədə yüksəkdə olmasının bariz nümunəsidir. Düşünürəm ki, dövlətin sizə olan sədaqətini siz də öz fəaliyyətlərinizlə ona geri qaytaracaqsınız. Arzu edirəm ki, bu il Azərbaycanın işğal altında olan torpaqları azad olacaq və öz doğma obalarına qayıtmaq istəyən əhali yenidən öz evlərinə qayıdacaq".

Daha sonra Əli Həsənov qaliblərə KİVDF-nin diplomlarını təqdim edib.

Bakı dövlət universitetinin professoru Cahangir Məmmədli çıxış edərək, jurnalistləri təbrik edib və onların peşə fəaliyyətini yüksək qiymətləndirib :

"Azərbaycanda ictimai televiziyada yayımlanan verilişlərdə Azərbaycan həqiqətlərinin nümayişi çox böyük maarifçilik işləri görür. "Qarabağ həqiqətləri" proqramında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bütün faktlar burada ictimaiyyətə duyurulur. Jurnalistlərimizi təbrik edir, onlara bu çətin yolda uğurlar arzu edirəm"

Rəsmi hissə bitdikdən sonra tədbir əyləncəli bədii proqramla davam edib.

Tarix
2018.03.17 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla