Yuxarı

KİV DF “Azadlıq”a maliyyə ayırmağı dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV-ə Dövlət Dəstəyi Fondu "Azadlıq" qəzetinin layihələrini maliyyələşdirilməyi dayandırıb. Bu barədə Fondun icraçı direktoru Vüqar Səfərli "Azadlıq"ın baş redaktoru Qənimət Zahidə məktub göndərib.

Məktubda deyilir:


"2013-cü ilin ikinci yarımilliyi üçün "Azadlıq" qəzetinin redaksiyasına maliyyə yardımı ayrılmasına dair Fondla redaksiya arasında 28 iyun 2013-cü il tarixli 18 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 5.2-ci maddəsinə əsasən maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz.

Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən S.Mehrəliyev), iddiaçı Məmmədova Kəbirə Meybulla qızının işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə borclu "Azadlıq" qəzeti redaksiyasından 30 000 (otuz) min manat tutularaq "Ruhi Əsəb Əlil Qocalar evinin" hesabına köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. İcra işi üzrə 24 oktyabr 2013-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi tərəfindən "Azadlıq" qəzeti redaksiyasının bank hesabına həbs qoyulub.

Yuxarıda qeyd edildiyi kimi, "Azadlıq" qəzeti redaksiyası ilə Fond arasında bağlanmış müqaviləyə əsasən, tərəfimizdən ayrılan maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. Odur ki, "Azadlıq" qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır".

Tarix
2013.11.27 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla