Yuxarı

Ölkəmiz regionda ən dayanıqlı iqtisadiyyata malikdir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Bilik Fondundan Axar.az-a bildirilib ki, kollecin direktoru Oruc Məmmədov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən kompleks islahatlardan, qarşıda duran vəzifələrdən danışıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov mövzu üzrə məruzə ilə çıxış edib. Azərbaycanın regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə olduğunu vurğulayan mühazirəçi qeyd edib ki, artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına və mövcud infrastrukturdan, potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə səbəb olub.

Sonra V.Bayramov müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Tarix
2018.04.20 / 18:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla