Yuxarı

125 min azərbaycanlı bu ölkədə təhsil alıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:42

Azərbaycan müstəqilliyini elan etdikdən bugünə qədər Türkiyədə təhsil alan azərbaycanlıların sayı 125 min olub.

Axar.az xəbər verir ki, Bakıda Kaspi Təhsil şirkətinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan təhsil körpüsü” adlı təhsil konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri belə deyib.

Onun sözlərinə görə, bu gün Türkiyənin Bakıda konfrans keçirməsi heç də təsadüfü deyil:

“Bu, Tükiyə və Azərbaycan arasında genişmiqyaslı münasibətlərin nəticəsidir. Müstəqilliyi dövründə Azərbaycan çox inkişaf edib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Türkiyədə 125 min azərbaycanlı gənc təhsil alıb”.

Səfir qeyd edib ki, hazırda Türkiyədəki unversitetlərdə 14 mindən çox azərbaycanlı təhsil alırvar: “Bu əlaqələr bizi iki dövlət, bir millət kimi daha da yaxınlaşdırır. Biz, Türkiyə səfirliyi olaraq, əlaqələrimizi gücləndirməyə hazırıq. Bu baxımdan bu günki tədbir çox önəmlidir".

Türkiyənin Altınbaş Universitetinin təsisçisi Alı Altınbaş bildirib ki, Altınbaş Universiteti sosial vəzifəni həyata keçirən universitetdir:

“Türkiyənin bu universiteti dünya universitetləri ilə yarışa biləcək səviyyədədir. Bu baxımdan Türkiyə universitetlərində təhsil alan tələbələr elmin bütün sahələrinə yiyələnə bilərlər”.

Alı Altınbaş təhsil əlaqələrinin təkcə bakalavriat və magistr pillələri ilə məhdudlaşmadığını bildirib: “Azərbaycanlı tələbələr həmçinin Turkiyə ali məktəblərində doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”.

Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, təhsil almaq, bir peşənin sahibi olmaq hər bir insan üçün vacibdir: “Bütün dünyada təhsil mühim rol oynayır. Bizim gənclərimiz dünyanın istənilən nüfuzlu univeristetlərinə qəbul olurlar. Türkiyədə yaşayan insanların milli mənəvi dəyərləri, dünyaya baxışı, mövqeyi də bizim adət ənənəmizə çox yaxındır. Tövsiyəm odur ki, təhsil alan zaman elə ölkələr seçin ki, Azərbaycana qayıdanda dövlətimizin inkişafında əlinizdən gələni edəsiniz”.

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu tədbirin təhsildə böyük rolu var: “Gənclərə bildirmək istəyirəm ki, Türkiyə dövlətində təhsil almaq üçün “Kaspi” şirkətinin yaratdığı imkandan istifadə edin. Təhsil almaq mütləqdir. Çünki o, istənilən yerdə adamı üzüağ edir. Bizim Türkiyə ilə bu sahədə inkişafımızın böyük əhəmiyyəti var. Prezident İlham Əliyev andiçmə mərasimində çıxışında söylədi ki, biz iki sahəyə böyük vəsait ayrırıq. Onlardan biri təhsil sahəsidir. Bu, təhsilə verilən diqqətin önəmini göstərir. Hər bir şəxsi istənilən yerdə xilas edən dostunuz təhsiliniz olacaq. Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələrin inkişafında Kaspi Təhsil Şirkətinin böyük payı var. Gənclər, çalışın sizə yaradılan imkanlardan istifadə edin”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov bildirib ki, “Bir millət, iki dövlət” sözünü daha da möhkəmləndirmək lazımdır: “Təhsil almaq hər bir şəxs üçün vacibdir. Gənclərimiz bu yaşlarında təhsil üçün seçim etmək imkanı qazanırlar”.

Tarix
2018.04.21 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla