Yuxarı

Azər Həsrət istefa verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Azər Həsrət Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin(CASCFEN) sədrliyindən istefa verib.

Axar.az xəbər verir ki, o bu barədə şəxsi saytında bəyanat yayıb:

“Otuz ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində istər milli, istərsə də beynəlxalq olmaqla müxtəlif nüfuzlu təşkilatların həm quruculuğunda, həm də rəhbərliyində iştirak etmişəm. Könül verdiyim işdə hər zaman səmimiyyətimi qorumuş, insanlara faydalı olmağa çalışmışam. Vaxtı çatanda tutduğum rəhbər vəzifələrdən imtina etməkdən də çəkinməmişəm. Ona görə də əvvəl rəhbəri olduğum bütün təşkilatlarla sonrakı mərhələdə yaxın münasibətlərim və şəxsimə sayğı qalmaqdadır.

Qurucusu olduğum təşkilatlardan biri də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsidir (CASCFEN). 2003-cü ilin 20 mart günü Bakıda əsasını qoyduğumuz bu təşkilat ötən 15 il ərzində şərəfli yol keçmiş, istər Azərbaycan, istərsə də bizə doğma olan Orta Asiya ölkələri üçün faydalı işlərə imza atmışdır. Qurulduğu gündən sədri olduğum CASCFEN hər zaman milli maraqları rəhbər tutmuş, Azərbaycanın haqq səsi olmağa çalışmışdır. Bununla belə hər işin bir başlanğıcı olduğu kimi sonu da olur. O baxımdan hələ bir neçə ay öncə gəldiyim qərarımı elan etmək istərdim.

Bəyan edirəm ki, 23 aprel 2018-ci il tarixindən CASCFEN sədrliyindən istefa verirəm. Qurumun İdarə Heyətinin yaxın günlərdə toplaşaraq bu istefamı qəbul etməsini və yeni rəhbərlə bağlı qərar verməsini istərdim.

Sonrakı fəaliyyətimlə bağlı onu da qeyd etmək istərdim ki, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda xarici əlaqələr komissiyasının sədri kimi fəaliyyətimi davam etdirəcəyəm.

CASCFEN-in bütün üzvlərinə, eləcə də bizə hər zaman xüsusi rəğbət və sayğıyla yanaşan dostlara, dəstək olan insanlara ehtiramımı ifadə edirəm”.

Tarix
2018.04.23 / 13:20
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla