Yuxarı

Bakıya gətirilən yeni qatar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC yeni gətirilən 5 vaqonlu sərnişin qatarının təqdimat mərasimi keçirib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat katibi Nəsimi Paşayev qatarın son texnologiyalarla təmin edildiyini və 31 il istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib:

“Bu ilin fevralında Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Havalandırma sisteminə, oturacaqlarına və qapılarının enli olmasına görə əvvəlki qatarlardan fərqlənir. Qatardakı ultrabənövşəyi işıqlarla havanın təmizlənməsi mümkündür. Qatardakı manitorlarda sərnişinlər üçün məlumatlar göstəriləcək. Yeni qatarların hər bir vaqonunda 16 USB portu olmaqla, ümumilikdə 80 port var. Sərnişinlər rahatlıqla telefonlarını enerjiyə qoşa biləcəklər. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur. Həmçinin bu qatarlarda əlillər və yükləri olan şəxslər üçün də xüsusi yer ayrılıb”.

Nəsimi Paşayev sonda onu qeyd edib ki, Metropoliten “Bənövşəyi xətt”in B3 adlanan stansiyasında, eləcə də “Dərnəgül” elektrik deposunda tikinti işlərini sürətləndirib.

Tarix
2018.04.23 / 15:21
Müəllif
Nərmin, Firuzə
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla