Yuxarı

Ramiz Həsənov nazir müavini təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramiz Həsənov Azərbaycan xarici işlər nazirinin müavini təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Haqqin.az” saytı yayıb.

Qeyd edək ki, Həsənov bununla Elmar Məmmədyarovun altıncı müavini olub. Məmmədyarovun müavinləri vəzifəsini Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov icra edir.

Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib.

1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub.

2008-ci ilin noyabr ayında agentlik dövlət komitəsinə çevrildikdən sonra Həsənov burada öz vəzifəsini qoruyub. Komitə 2018-ci aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilib.

Tarix
2018.05.16 / 09:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla