Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Usubovun tərifə ehtiyacı yoxdur - DİN-dən mediaya etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi İnformasiya Vasitələrində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən də cənab nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir.

Axar.az xəbər verir ki, bunu DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib. O qeyd edib ki, nazir belə yazıları rəğbətlə qarşılamır:

"Müəlliflərinə təşəkkür etməklə yanaşı onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır.

Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı R.Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər.

O ki, qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan Polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı".

Tarix
2018.05.16 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı

Bakıda bu marşrutun fəaliyyəti dayandırılır

Bu il yollarımız 585 can aldı – DYP-dən acı statistika

Başçı rəisi işdən çıxartdı - Yeni təyinat

Məşhur otel satışa çıxarıldı – 9 milyona

Gəncədə partlayış: bu sakinlər üçün yeni bina tikiləcək

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü – Foto

Bakıda kanalizasiyadan mal başları çıxdı - Foto

Havalar kəskin soyuyur: qar yağacaq – Xəbərdarlıq

Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı - Video/23+

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla