Yuxarı

Vətəndaşlara beş min manatadək güzəşt qərarı verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib.

Axar.az Sputnik-ə istinadla xəbər verir ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsini "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliyə əsasən, 282-ci maddənin "Qeyd" hissəsində "min manatadək olan" sözləri "beş min manatdan yuxarı olmayan" sözləri ilə əvəz edilib.

Mövcud maddənin qeyd hissəsində deyilir ki, bu maddədə "az miqdarda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Təklif olunan qeyd hissəsində isə deyilir ki, bu maddədə "az miqdarda" dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Qeyd edək ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanuna əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasına görə cinayət məsuliyyəti, bu əməllər beş min manatdan yuxarı məbləğdə ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl qeyd olunan məbləğə qədər törədildikdə isə inzibati məsuliyyətin yaranması təklif edilir.

Qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Tarix
2018.05.17 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla