Ana səhifə Toplum |
Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova və digər fəal qadınlarımız Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amani Asfourla görüşüblər.
Axar.az xəbər verir ki, görüş zamanı Amani Asfoura Azərbaycan, qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması haqda danışılıb.
Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Amani Asfoura məlumatlar verib, fikir mübadiləsi aparılıb.
Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları xanım Asfoura təqdim edən millət vəkili onu Azərbaycana dəvət edib.
“Azərbaycanla əməkdaşlığı genişləndirməkdə çox maraqlıyıq” deyən Amani Asfoura Azərbaycana səfər etmək istədiyini və rəhbərlik etdiyi beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə çalışacağını deyib.
Amani Asfoura Azərbaycanda qadınlarla bağlı həyata keçirilən layihələri maraqla dinlədiyini və məmnuniyyətverici olduğunu bildirib.
Tarix
2018.05.18 / 01:25
|
Müəllif
Firuzə Vahidqızı
|