Yuxarı

Köklü islahata ehtiyac var, həll edə bilməsək... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin maaşı 140-150 manatı keçmir, texniki işçilər 80 manat maaş alır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu qədər maaş alan müəllimlər 42 gün məzuniyyətə getmək istəmir:

“140 manatı 42 günə günə bölək. Necə xərcləyəcək adamlar bu pulu? Adamlar məzuniyyətə getmək istəmir. Özümüzü aldatmayaq, məktəbəqədər təhsilin bu yükü qaldırmağa imkanı yoxdur”.

Millət vəkili ölkədə məktəbəqədər təhsilin vəziyyətinin ürəkaçan olmadığını deyib:

“Bu gün Azərbaycanda 13-12 faiz arası uşaq məktəbə məktəbəqədər müəsissələrdən gəlir. Yəni bizdə bu məsələdə baza yoxdur. Bu məsələdə özəl müəssisələrə imkan yaradılmalıdır və ən azı xərclərin yarısı ödənməlidir. Bağçaya qəbul yaşını 1 yaşa qədər endirdik. Lap yaxşı, amma bu müəssisələr hardadır? Regionların 30 faizində məktəbəqədər müəssisə yoxdur. Onların tikilməsi ilə hansı qurum məşğul olacaq?

Azərbaycanda uşaq bağlçalarına diqqət etmək lazımdır. Normal ailə düzəni olmayanlar bu müəssisələrdə müdir vəzifəsinə təyin edilməməlidir. Bağçaların siyahısını çıxarın, özünüz vəziyyəti görəcəksiziniz. İnsanlar uşağını necə etibar etsin bu müəssisələrə?"

Millət vəkili bağçaların Təshil Nazirliyinin balansına verilməsini də təklif edib:

“Təhsil sisteminin köklü islahatlara ehtiyac var. Həll edə bilməsək, onun altında əziləcəyik”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə qanunun perspektiv üçün nəzərdə tutulduğunu deyib:

“Bu gün bağça yoxdur, sabah olacaq da. Bu, bütün dünyada belədir”.

Tarix
2018.05.18 / 14:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla