Yuxarı

Kanala düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb.

Report xəbər verir ki, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.

Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.

Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda çarəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət koldan tutaraq qalıb.

Ərazidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.

Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qiymətləndirilir və ev şəraitində müalicə alır.

Tarix
2018.05.23 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla