Yuxarı

“Qrin kart” almaq istəyənlərin nəzərinə - 2 mühüm amil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz son zamanlar azərbaycanlıların “Yaşıl kart” (“Qrin kart”) almaq üçün müraciətlərinin çoxaldığının şahidi oluruq. Hər il bu lotereyanı udan azərbaycanlıların sayı artır. Ötən ilin nəticələrinə görə, 434 azərbaycanlı bu lotereyanı udmuşdu. Bu il isə “Yaşıl kart” lotereyasını udan azərbaycanlıların sayı 916 oldu.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Bakıdakı konsulu Ceremi Litl “Yaşıl kart”la bağlı Modern.az saytına geniş müsahibəsində deyib. O bildirib ki, 2016, 2017, 2018-ci illər üzrə Azərbaycandan müraciət edənlərin sayı hələ ki, açıqlanmır:

“Bu barədə son statistik rəqəm 2015-ci ilə aiddir. Həmin il Azərbaycandan “Yaşıl kart” almaq üçün müraciət edənlərin sayı 13 min 986 nəfər olub. “Yaşıl kart” lotereyasında seçim modelinə təsir göstərən 2 amil var. Bunlardan biri orta təhsil haqqında sənədlərin olması, digəri isə iş təcrübəsidir. Digər məsələlər isə sırf kompüter tərəfindən həyata keçirilir, yəni seçimi kompüter edir”.

Ceremi Litl ABŞ səfirliyinin “Yaşıl kart Azərbaycan” şirkəti ilə hər hansı əməkdaşlığının olub-olmamasına da münasibət bildirib:

“Biz Azərbaycanda “Yaşıl kart”la bağlı fəaliyyət göstərən agentliklər barədə məlumatlarımız var. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, sözügedən agentliklərlə ABŞ səfirliyinin hər hansı bir əlaqəsi, əməkdaşlığı yoxdur. İstənilən sözügedən agentlik məlumatları aldıqdan sonra müraciətləri daxil edir, “Yaşıl kart” siyahısına salır. Nəticə etibarı ilə hər hansı bir şəxs uğur qazana bilər. Bu uğur qazanan şəxsin də əlaqə vasitələri həmin agentliklərdə olur. İnsanlar isə başa düşməlidirlər ki, onlar öz sayələrində uğur qazanıblar, onlara uğur gətirən bir rəqəm var. Amma bundan xəbərləri olmur. Həmin agentliklər isə uğur gətirən rəqəmlərə görə insanlardan minlərlə dollar pul alır. Çox acınacaqlı haldır ki, sözügedən agentliklər özlərini ABŞ-ın tərəfdaşlıq etdiyi qurum kimi təqdim edirlər. Ən vacib şey odur ki, birbaşa ABŞ-ın səfirli ilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istifadə etmək lazım deyil”.

Ceremi Litlin sözlərinə görə, viza alınması prosesinin sadələşdirilməsi bir çoxunun arzusudur:

“Amma bunun necə edilməsi öz-özlüyündə böyük bir sualdır. Biz də arzularımızı elə qaydada həyata keçirməliyik ki, mövcud sistemin tamlığını qoruya bilək. Bilirəm ki, ABŞ-da inteqrasiya məsələləri ilə bağlı müəyyən siyasi dairələrdə söhbətlər gedir. Lakin bunun necə edilməsi kifayət qədər mürəkkəb məsələdir”.

Ceremi Litlin qeyd edib ki, Meksika, Çin, Hindistan kimi dövlətlər bu lotereyada iştirak etmir:

“Yaşıl kart” lotereyası ABŞ-la immiqrasiya istiqamətində zəngin təcrübəsi olmayan dövlətlərin vətəndaşları üçündür. 2017-ci ildə zirvədə olan 5 dövlət Efiopiya, Özbəkistan, Ukrayna, Albaniya və Rusiya idi. Lakin elə dövlətlər var ki, ABŞ-la immiqrasiya sahəsində zəngin təcrübəsi yoxdur, bununla bağlı rəqəmlər kifayət qədər kiçikdir. Məqsəd bundan ibarətdir ki, ABŞ-da yaşayan immiqrantlar arasında müxtəliflik olsun”.

Tarix
2018.05.25 / 11:58
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla