Yuxarı

Reyddə jurnalistə hədə-qorxu gəldilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda polis əməkdaşlarının növbəti reydi qalmaqalsız ötüşməyib.

ARB 24 xəbər verir ki, bu dəfə yol polisləri Tovuz rayonunda yük avtomobillərinin təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olub. Onlar yük avtomobillərinin arxasına işıq əksetdiricilər yapışdırıb.

Lentlərin üzərinə 50 metr məsafədə işıq düşdükdə artıq arxadan gələn nəqliyyat vasitəsi xəbərdar olur. Bu da sürücünün tam olaraq təhlükəsiz şəkildə hərəkətini təmin edir. Görülən qabaqlayıcı tədbirlər sürücülərin də ürəyincədir.

Sürücü: "Gecələr faydalıdır. Yolun qırağında saxlayanda gələn görür”.

Bu sürücüdən fərqli olaraq kameranın obyektivinə qaydaları kobud şəkildə pozan sükan sahibləri də tuş gəldi. Onlar necə gəldi avtomobil idarə etdikləri üçün cərimələndilər. Təbii ki, bu kimi hallar bir çoxlarının heç də ürəyincə olmadı. Məsələn, bir sürücü avtomobili heç bir hüququ olmadan idarə etdiyi azmış kimi, hələ çəkiliş qrupuna hədə-qorxu da gəldi.

Qaydanı pozan sürücü: "Yeri get işinlə məşğul ol. Sənə kim ixtiyar verib ki, məni çəkəsən? Qayda pozmamışam. Səni tapacam mən! Səninlə söhbət edəcəm! Baxarsan”.

Daha bir sürücü isə qayda pozaraq ərazidən uzaqlaşmağa cəhd göstərib. O, polisin saxla əmrinə tabe olmayıb. Uzun sürən qaçdı-qovdudan sonra avtomobil sahibi saxlanılaraq cərimə edilib. Etdiyi hərəkətin səbəbini soruşanda isə bir kəlmə ilə özünə haqq qazandırmağa çalışıb:

"Yazıb göndərmək olur da ünvana”.

Əgər hər hansısa sürücü məsuliyyətə cəlb edilirsə, deməli, o, qayda pozaraq qəza şəraiti yaradıb. Bu isə heç də xoş hal deyil. Hər bir sükan sahibi insan həyatını düşünərək mühərriki işə salmalıdır.

Tarix
2018.05.26 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla